Yanukoviç mülkü 3,2 milyona aldığını bildirib
01 mart 2014 00:12 (UTC +04:00)

Yanukoviç mülkü 3,2 milyona aldığını bildirib

0

Fevralın 28-də Rostov-Don şəhərində keçirdiyi mətbuat konfransında Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Mejiqoredəki malikanəsi ilə bağlı açıqlama verib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o,həmin mülki 3,2 milyon dollar aldığını söyləyib.

 

«620 kv.metrlik bu ərazinin rəsmi sahibiyəm. Mən 1999-cu ildən orada yaşayıram. «Natsional» mehmanxanasında mənə qarşı sui-qəsddən sonra o vaxkı prezidenti Leonid Kuçma Kiyevə gələndə həmin qapalı ərazidə qalmağımı məsləhət görmüşdü. Bundan sonra Kçma və keçmiş prezidenti Viktor Yuşşenkonun sərəncamı ilə bu ərazini mənə veriblər. Bu mülk dövlət balansında idi. Sonra mən onu təmir etməyə  başladım.O, mülkü öz pulumla almışam. Bu qətnamədə də göstərilib. Onda həmin mülkə mən 3 milyon 200 min dollar ödəmişdim. Onun ümumi sahəsi 1,7 hektardır. Bu mənim ofisimdir»

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 807

Oxşar yazılar