Xüsusi əməliyyat: 240 qadın və uşaq əsirlikdən azad edildi
24 sentyabr 2015 01:41 (UTC +04:00)

Xüsusi əməliyyat: 240 qadın və uşaq əsirlikdən azad edildi

0

 Nigeriya ordusu ölkənin şimal-şərqindəki Borno əyalətində “Boko Haram” terror təşkilatının əsirliyindən 240 nəfəri azad edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, xüsusi əməliyyat nəticəsində radikal qruplaşmanın 40 üzvü saxlanılıb.

 

Məlumata əsasən, Nigeriya ordusu qruplaşmaya məxsus xeyli sayda silah-sursat müsadirə edib.  

 

Qeyd edək ki, sentyabrın 21-də Borno ştatının administrativ mərkəzi Mayduquri şəhərində baş verən partlayışlar zamanı 54 nəfər ölmüş, 90 nəfər yaralanmışdı.

 

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 446

Oxşar yazılar