Xorvatiyaya gələn miqrantların sayı 17 mini ötdü
19 sentyabr 2015 00:49 (UTC +04:00)

Xorvatiyaya gələn miqrantların sayı 17 mini ötdü

0

Macarıstandan Xorvatiya ərazisinə keçən miqrantların sayı 17 mini ötüb, onlardan 3 500-ü cümə günü ölkəyə gəlib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Xorvatiya daxili işlər nazirliyinin məlumatında bildirilir.

 

Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edən Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç bəyan edib ki, qaçqın böhranı davam etməkdədir: “Yaxın saatlarda insan axınının güclənməsi ehtimal olunur”.

 

Qeyd edək ki, Macarıstan hökumətinin Serbiya ilə sərhəddə tətbiq etdiyi sərt tədbirlər miqrantları Serbiya-Xorvatiya sərhədinə üz tutmağa vadar edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 345

Oxşar yazılar