Xorvatiyada 8 ayaqlı hermofrodit çəpiş doğulub
08 may 2014 05:29 (UTC +04:00)

Xorvatiyada 8 ayaqlı hermofrodit çəpiş doğulub

Xorvatiyada fermalardan birində 8 ayaqlı, hermofrodit çəpiş doğulub.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, təsərrüfatın başçısı Zoran Paparis bunu “təbiətin möcüzəsi” adlandıraraq, çəpişi həvəslə jurnalistlərə göstərir.

 

Çəpiş doğulduqdan sonra  Zoran onun ayaqlarını sayanda təəccüblənib və yerli baytar həkimi  çağırıb.

 

Mütəxəssislər yerli sakinlərə baş verən hadisəni izah edərək, deyib ki, «onun əkiz tayının zəif inkişaf etdiyindən» çəpiş 8 ayaqlı və hermofrodit doğulub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1027
avatar

Oxşar yazılar