Xomeyninin nəvəsi İnternet şəbəkəsini müdafiə edib
04 iyun 2014 06:43 (UTC +04:00)

Xomeyninin nəvəsi İnternet şəbəkəsini müdafiə edib

İran İslam Respublikasının qurucusu sayılan ayətullah Ruhullah Xomeyninin nəvəsi Seyid Həsən Xomeyni internetlə bağlı açıqlama verib.

Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, internetə qədər olan dövrə qayıtmaq mümkün deyil.

 

Nəvə Xomeyni qeyd edib ki, ümumdünya şəbəkəsindən imtina etmək mümkün olmadığından onu idarə etməyi öyrənmək lazımdır.

Onun sözlərinə görə, internetin yaxşı və pis cəhətləri var. Məlumata əsasən, bununla da o, prezident Həsən Ruhaninin ümumdünya şəbəkə ilə bağlı dediklərini dəstəkləyib.

 

Xatırladaq ki, Ruhani prezident seçkisiöncəsi çıxışlarında İnternet üzərində senzuranın aradan qaldırılmasını boyun olmuşdu.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 968

Oxşar yazılar