Azərbaycan Xarici İşlər Nazirliyinin tapşırığı ilə Fransada, Almaniyada və İspaniyada olan ölkənin səfirlikləri Alp dağlarında qəzaya uğramış təyyarənin sərnişinlərinin arasında Azərbaycan vətəndaşlarının mövcudluğunu araşdırır.
Lent.az-ın məlumatına görə, bunu XİN-in mətbuat katibi Hikmət Hacıyev Trend-ə açıqlamasında bildirib.
Germanwings aviaşirkətinin Airbus A320 tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzası nəticəsində 150 nəfər həlak olub.
XİN "A320"-də Azərbaycan vətəndaşlarının mövcudluğunu araşdırır
159