Xəzərdə İran-Rusiya təlimləri keçiriləcək
22 sentyabr 2015 22:10 (UTC +04:00)

Xəzərdə İran-Rusiya təlimləri keçiriləcək

0

Xəzər dənizində İran-Rusiya birgə hərbi-dəniz təlimləri keçirilə bilər. APA-nın verdiyi xəbərə görə, bunu “RİA Novosti”yə hərbi-diplomatik mənbə bildirib.       

 

Qeyd edək ki, İran Hərbi-Dəniz Qüvvələrinin kontr-admiralı Həbibulla Sayyəri bir müddət əvvəl İranın Rusiya ilə birgə hərbi-dəniz təlimləri keçirmək niyyətində olduğunu bildirib. O həmçinin İranın hərbi gəmilərinin yaxın aylarda Rusiyaya səfər edəcəyini qeyd edib.  

 

“Söhbət  Xəzərdə hərbi-dəniz təlimlərindən gedir. Rusiya bütün xəzəryanı ölkələr ilə ikitərəfli əməkdaşlıq edir və Xəzərdə mütəmadi birgə təlimlər keçirir. Gələcəkdə bu cür təlimlər İran Hərbi-Dəniz Qüvvələri ilə keçirilə bilər”, deyə mənbə təlimlərin vaxtını açıqlamadan agentliyə bildirib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 658

Oxşar yazılar