Ukraynanın Xarkov şəhərində Türkiyə konsulluğuna məxsus avtomobil yanıb.
APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, faktla “əmlakın qəsdən zədələmə” maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, Lexus LS 460 markalı avtomobil aprelin 20-də yanıb.
Hadisə zamanı ölən və yaralanan olmayıb. Yanğının başvermə səbəbləri araşdırılır.