Ukraynanın Xarkov şəhərində məhkəmə binasının yaxınlığında baş vermiş partlayış nəticəsində 12 nəfər xəsarət alıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib.
“Yarım saat bundan əvvəl Xarkovun Moskva rayonu məhkəməsinin yaxınlığında partlayış baş verib. Dəqiqləşdirilmiş məlumata əsasən, 12 nəfər xəsarət alıb. Hazırda hadisə yerində operativ-istintaq qrupu işləyir”, deyə A.Qeraşşenko bildirib.