Xarkovda azərbaycanlı tələbə özünü 15-ci mərtəbəsindən atdı
03 mart 2014 19:58 (UTC +04:00)

Xarkovda azərbaycanlı tələbə özünü 15-ci mərtəbəsindən atdı

0

Ukraynanın Xarkov şəhərində azərbaycanlı tələbə yaşadığı yataqxananın 15-ci mərtəbəsindən özünü atıb.


 

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya açıqlamasında bildirib ki, özünü 15-ci mərtəbədən atan şəxs Azərbaycan vətəndaşı, Bakı qeydiyyatında olan, Xarkovdakı Ukrayna Milli Mülki Müdafiə Universitetinin II kurs tələbəsi Eldarlı Arif Elşən oğludur.

 

Hadisənin fevralın 28-də axşam saatlarında baş verdiyini deyən A. Osmanov bildirib ki, hələlik hadisənin intihar, yaxud digər motivli hadisə olduğu araşdırılır: “Deyilənə görə, həmin vaxt o müxtəlif millətlərdən olan tələbə yoldaşları ilə bir yerdə olub. Biz müvafiq yerli orqanlara sorğu göndərmişik, araşdırma aparılır. Hadisənin səbəbi tezliklə aydınlaşdırılıb bizə bildiriləcək”.

 

Diplomat onu da əlavə edib ki, tələbənin nəşi bu gün Bakıya çatdırılaraq ailəsinə verilib.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2703

Oxşar yazılar