Xarkov universitetində partlayış: 3 nəfər xəsarət alıb
15 mart 2014 20:38 (UTC +04:00)

Xarkov universitetində partlayış: 3 nəfər xəsarət alıb

Karazin adına Xarkov Milli Universitetində partlayış baş verib, nəticədə 3 nəfər xəsarət alıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, yerli polisin açıqlamasına əsasən, partlayış bu gün yerli vaxtla 14.50-də (Bakı vaxtı ilə 16.50-də) baş verib.

 

Açıqlamada bildirilir ki, partlayış nəticəsində bir müəllim və Kimya fakültəsinin 2 tələbəsi xəsarət alıb. Xəsarətlərin yüngül olduğu bildirilir, yaralılara hadisə yerində tibbi yardım göstərilir.     

 

Partlayışın baş vermə səbəbləri müəyyənləşdirilir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795

Oxşar yazılar