Xamneyi ABŞ-ı "bombaladı"
15 sentyabr 2014 17:49 (UTC +04:00)

Xamneyi ABŞ-ı "bombaladı"

“İŞİD məsələsi yeni meydana çıxanda ABŞ-ın İraqdakı səfiri səfirimizlə bu mövzuda əlaqə saxlayıb görüşmək istəyirdi. Səfirimiz bu haqda bizi xəbərdar etdi. Bəzi səlahiyyətli şəxslər bu fikrə qarşı çıxmasalar da, mən etiraz etdim və ABŞ-la əməkdaşlıq etməyəcəyimizi bildirdim. Əli və niyyəti çirkli olanlarla necə əməkdaşlıq edə bilərik?” Lent.az-ın “CNN Türk”-ə istinadən verdiyi xəbərə görə, bu sözləri İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi deyib.

 

Xamneyi ABŞ dövlət katibi Con Kerrini yalan danışmaqda da ittiham edib: “Əvvəla, bu əməliyyatlarda iştirak etmədiyimiz üçün fəxr edirəm. İkinci, yalan danışırlar. Kameralar qarşısında İŞİD mövzusunda İranla əməkdaşlıq etmək istəmədiklərini açıqlayan Con Kerri şəxsən xarici işlər nazirimiz Cavad Zərifə əməkdaşlıq təklif edib. Sadəcə olaraq, Zərif Kerrinin təklifini rədd edib”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2128
avatar

Oxşar yazılar