Xamneyi:<b> “İran ABŞ-a münasibətini dəyişməyəcək”</b>
18 iyul 2015 11:28 (UTC +04:00)

Xamneyi: “İran ABŞ-a münasibətini dəyişməyəcək”

“Nüvə məsələsinə dair əldə olunan razılaşmaya baxmayaraq, İran “təkəbbürlü” Birləşmiş Ştatlara münasibətini dəyişməyəcək”.

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu İranın ali lideri Ayətullah Əli Xamneyi deyib.

 

Ayətullah Xamneyi müqəddəs Ramazan ayının başa çatmasından sonra siyasətçilərə razılaşmanı bir daha tədqiq etməyə və onun İran milli maraqlarına tam cavab verməsindən əmin olmağa dair göstəriş verib.

 

“İran müharibənin tərəfdarı deyil, lakin belə bir hal olarsa, İran ABŞ-a cavab verəcək”, -  deyə dini lider bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 300
avatar

Oxşar yazılar