WSJ: Türkiyə "İncirlik" bazasını ABŞ qırıcıları üçün açır
24 iyul 2015 02:02 (UTC +04:00)

WSJ: Türkiyə "İncirlik" bazasını ABŞ qırıcıları üçün açır

0

ABŞ-a məxsus qırıcı təyyarələr Türkiyənin cənub-şərqində yerləşən “İncirlik” hərbi bazasından İŞİD-lə mübarizə üçün istifadə edə biləcək.

 

Lent.az-ın "report"-a istinadən xəbərinə görə, bu barədə məlumatı The Wall Street Journal qəzeti Pentaqondaki mənbələrə istinadən yayıb.

 

Rəsmi olaraq təstiqlənməmiş məlumata əsasən, Vaşinqtonla Ankara arasında bir neçə ay davam edən danışıqlar prosesinin yekununda Türkiyə rəhbərliyi "İncirlik" bazasını "İŞİD"-ə qarşı istifadə etməyə icazə verib.

 

İddiaya görə, hərbi bazanın İŞİD-yə qarşı istifadəsinə dair son qərar ötən gün Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Barak Obama arasında baş tutan telefon danışığı zamanı əldə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 361

Oxşar yazılar