İyunun 9-da Vyetnamın paytaxt Hanoyun xalq məhkəməsi ölkənin varlılarından biri, Nquen Dık Kienə 30 il iş kəsib və onu 3,5 milyon dollar cərimələyib.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, 50 yaşlı iş adamı ölkə Cinayət məcəlləsinin dörd maddəsi, maliyyə fırıldağı, qanunsuz sahibkarlıq fəaliyyəti, dələduzluq və vergidən yayınmaq müddəaları üzrə təqsirli bilinib.
Mənəb bildirib ki, sərvəti yüz milyon dollardan artıq olan bu iş adamı fırıldaq yolu ilə ölkənin aparıcı banklarından sayılan “Asia Commercial Bank”-ına 67 milyon dollar həcmində ziyan vurub. Dələduzluq yolu ilə “Hoafat” poladəritmə şirkətindən 12,5 milyon dollar mənimsəyib.
Nquen Dık Kienlə bağlı cinayət işi 2 il sürüb.
Məlumata əsasən, ona qarşı ittiham oxunan gün Xo Şi Min fond birjasının indeksi 4,74 faiz, Hanoy birjasınınkı isə 5,76 faiz ucuzlaşıb.