Vyanada İranla bağlı üçtərəfli görüş sona çatdı
21 noyabr 2014 03:56 (UTC +04:00)

Vyanada İranla bağlı üçtərəfli görüş sona çatdı

0

Vyanada ABŞ dövlət katibi Con Kerri, İran XİN rəhbəri  Məhəmməd Cavad Zərif  və “altılıq” beynəlxalq vasitəçilərinin əlaqələndiricisi Ketrin Eşton arasında görüş sona çatıb.  APA-nın məlumatına görə, bu barədə RİA Novosti-yə ABŞ nümayəndə heyətindəki mənbə bildirib.    

 

Görüşün təfərrüatları hələlik açıqlanmır.  

 

Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı danışıqların final raundu Vyanada noyabrın 18-də başlayıb.  

 

ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf bundan əvvəl Tehran və “altılıq” arasında danışıqların “mürəkkəb və ciddi” keçdiyini bildirib. Onun sözlərinə görə, ABŞ yekun sazişə noyabrın 24-dək nail olmaq niyyətindədir və bu məsələ ilə danışıqların uzadılmasının mümkünlüyünü nəzərdən keçirmir.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 615

Oxşar yazılar