Vurulan Rusiya təyyarəsinin pilotlarından biri türkmənlərin əlinə keçib
24 noyabr 2015 13:41 (UTC +04:00)

Vurulan Rusiya təyyarəsinin pilotlarından biri türkmənlərin əlinə keçib

Türkiyə hava sərhədini pozduğu üçün Türkiyə hərbi təyyarələri tərəfindən vurulan Rusiyaya məxsus “Su24” hərbi təyyarəsinin katapult edən pilotlarından birinin Suriya türkmənlərinin əlində olduğu xəbəri yayılıb.

APA-nın məlumatına görə, “CNN Türk”ün Türkiyə-Suriya sərhədindəki Hatay vilayətindəki müxbiri Xədicə Dəmircan 2 rus pilotdan birinin tapıldığını və Bayırbucak bölgəsində türkmənlərin əlində olduğunu bildirib. Rusiya hərbi helikopterləri hazırda pilotları tapmaq üçün həmin bölgə üzərində uçuşlar həyata keçirir.

 

Xatırladaq ki, Suriyada türkmənlərin yaşadığı Bayırbucak bölgəsindəSuriya ordusu ilə yerli türkmən silahlı qrupları arasında döyüşlər gedir. Rusiya hərbi aviasiyası hücuma keçən Əsəd ordusuna havadan dəstək verir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 280
avatar

Oxşar yazılar