Yaponiyada Ontake vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 56-ya çatıb. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bundan başqa, xilasedicilər dağın ətəyində bu gün daha bir insan cəsədinin qalıqlarını aşkarlayıblar. Onun kimliyinin müəyyən olunması məqsədilə DNT ekspertizası təyin edilib. Məlumata görə, 7 nəfər itkin düşmüş hesab olunur.
Xatırladaq ki, Ontake vulkanı sentyabrın 27-də püskürüb. Təbii fəlakət qurbanlarının əksəriyyətinin ölümünə səbəb vulkanının püskürməsi nəticəsində daşların səpələnməsi çoxsaylı xəsarətlər olub.