Fevralın 22-də hakimiyyətdən kənarlaşdırılmış Ukrayna prezidenti Viktor Yanukoviç yeni bəyanatla çıxış edəcək. Lent.az-ın məlumatına görə, bu barədə “İnterfaks” agentliyi siyasətçinin yaxın ətrafına istinadən xəbər yayıb.
Yanukoviçin martın 11-də Rusiyanın Rostov-Don şəhərində çıxış edəcəyi bildirilir.
Qeyd edək ki, Viktor Yanukoviç fevralın 28-də eyni şəhərdə mətbuat konfransı keçirib. O, Ukrayna xalqı qarşısında üzr istəyib, ümumxalq referendumu keçirməyə çağırıb, Ukraynadan qaçışının təfərrüatlarını danışıb və özünü ölkənin qanuni prezidenti adlandırıb.