Viktor Yanukoviç və oğulları Avropa İttifaqının “qara siyahısı”nda
06 mart 2014 11:55 (UTC +04:00)

Viktor Yanukoviç və oğulları Avropa İttifaqının “qara siyahısı”nda

0

Avropa İttifaqı (Aİ) Ukraynanın sanksiyaya məruz qalmış məmurlarının siyahısını dərc edib. Lent.az-ın Aİ-nin rəsmi jurnalına istinadən məlumatına görə, siyahıya 18 nəfər salınıb.

 

Onların arasında hakimiyyətdən kənarlaşdırılmış Viktor Yanukoviç və oğulları da var. V.Yanukoviç sənəddə Ukraynanın sabiq prezidenti kimi göstərilib. “Qara siyahı”ya Ukraynanın sabiq baş prokuroru Viktor Pşonka, keçmiş baş nazir Nikolay Azarovun rəhbərliyi altında çalışmış hakimiyyət üzvləri, o cümlədən, eks-daxili işlər naziri Vitali Zaxarçenko və güc strukturlarının rəsmiləri də düşüb.

 

Qeyd edək ki, daha öncə Aİ Ukraynanın bir sıra məmurlarının dövlət əmlakını qeyri-qanuni mənimsədiklərini bildirərək, onların aktivlərini dondurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 725

Oxşar yazılar