Vəzifəli şəxslər dəhşətli qəzaya düşdü, onlardan xəbər yoxdur
01 iyun 2014 13:15 (UTC +04:00)

Vəzifəli şəxslər dəhşətli qəzaya düşdü, onlardan xəbər yoxdur

Bu səhər Rusiya Federasiyasının Murmansk vilayətində göyərtəsində 18 nəfər olan Mİ-8 vertolyotu qəzaya uğrayıb. Lent.az-ın məlumatına görə, Ria Novosti vertolyotdakılardan yalnız ikisinin tapılması barədə xəbər yayıb. Hadisə yerində təşkil edilmiş Rusiya Fövqəladə Hallar Komitəsinin operativ qərargahından bildirilib ki, qalan 16 nəfərin taleyindən hələlik xəbər yoxdur.

 


Qəzaya uğrayan vertolyotda Murmansk vilayətinin qubernatoru Sergey Skomoroxov, "Apatit" ASC-nin baş direktoru Aleksey Qriqoryev, vilayətin ekologiya naziri Aleksey Smirnov və Kirovsk şəhərinin başçısı Andrey Zvonar olublar. 

Onların balıq tutmağa gedərkən qəzaya düşdükləri bildirilir. Gölə düşən vertolyotun tapılması istiqamətində iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5905

Oxşar yazılar