Vəzifəli şəxs nişanlısına görə istefa verdi
15 fevral 2015 15:59 (UTC +04:00)

Vəzifəli şəxs nişanlısına görə istefa verdi

ABD-ın Oreqon ştatının qubernatoru Con Kitshaber dövlət layihələrinin tenderində nişanlısı, 47 yaşlı Culia Heyesin qalib gəlməsinə kömək etdiyi üçün istefa verməli olub. Lent.az-ın məlumatına görə, 67 yaşlı qubernator barəsindəki araşdırmaların nəticəsi açıqlanmadan o, istefa vermək qərarını açıqlayıb. 

 

Bildirilir ki, həm də tanınmış siyasətçilərdən olan Demokratlar partiyasının üzv Kitshaber fasilələrlə 4 dəfə bu ştatın qubernatoru olub. Lakin ştatın "birinci xanımı" olmaq iddiasında olan Heyesin icra etdiyi layihələr 1 ay əvvəl yenidən qubernatorluğa başlayan siyasətçinin işini yarımçıq qoyub.

 

Kitshaberdən boşalan vəzifəyə Keyt Braun gətirilir ki, o da, ABŞ-ın ilk biseksual qubernatoru olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 187
avatar

Oxşar yazılar