Vəzifəli şəxs karantinə alındı
01 mart 2015 12:05 (UTC +04:00)

Vəzifəli şəxs karantinə alındı

Serra-Leonenin vitse-prezidenti özünü 21 günlük karantinə alıb.

Lent.az-ın Anspress-ə istinadən məlumatına görə, bunu vitse-perzident Samuel Sam-Sumanan fevralın 28-də elan edib. Qərara səbəb onun mühafizəçilərindən birinin keçən həftənin əvvəli ebola virusundan ölməsi olub. Vitse-prezident bildirib ki, onun bütün işçiləri də nəzarət altında olacaqlar. 

"Mən özümü karantinə almağa qərar verdim. Çünki risk etmək istəmirəm. Mən həm də bunu nümunə olmaq üçün edirəm", - deyən Samuel Sam-Sumana həmçinin bildirib ki, o, özünü yaxşı hiss edir və onda ebolanın heç bir əlaməti yoxdur. O, Serra-Leonedə özünü təcrid edən ilk yüksək vəzifəli şəxsdir.

Qeyd edək ki, Serra-Leone, Liberiya və Qvineyada ebola virusundan ölənlərin sayı 10 min nəfərə çatıb. Fevralın 16-dan 22-ə qədər qeydə alınan 99 ebola yoluxmasının 63-ü isə məhz Serra-Leonedə olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 289
avatar

Oxşar yazılar