Venesueladakı qarşıdurmada ölənlərin sayı 21-ə çatıb
07 mart 2014 06:42 (UTC +04:00)

Venesueladakı qarşıdurmada ölənlərin sayı 21-ə çatıb

Martın 6-da bir polis zabiti və bir hakimiyyət tərəfdarı Venesuelanın paytaxtı Karakasda güllələnib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bunu ölkə parlamentinin sədri Diosdado Kabelğo deyib.

 

Mənbə məlumatına əsasən, son aksiyalar başlayandan bəri aksiya zamanı həlak olanların sayı 21 nəfərə çatıb.

 

Diosdado Kabelğonun sözlərinə görə, qətl şəhərin şərqində, müxalifətin tutduğu küçədə baş verib.

 

Bir aydan artıqdır Venesuelada kütləvi etiraz yürüşləri keçirilir. Onlar ölkə prezidenti Nikolas Maduronun istefasını tələb edir.

 

Hakimiyyəti isə bu aksiyaların arxasında ABŞ və başqa ölkələrin  durduğunu iddia etməkdədir. 

# 348
avatar

Oxşar yazılar