Venesuelada üç general tutulub
26 mart 2014 06:08 (UTC +04:00)

Venesuelada üç general tutulub

0

Venesuelanın prezidenti Nikolas Maduro Hərbi Hava Qüvvələrinin üç generalının həbs edildiyini bildirib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, prezident hakimiyyətin devrilməsində onların iştirak etdiyini söyləyib.

 

Yerli KİV hərbçilərin adlarını açıqlamayıb.

 

Mənbə xatırladıb ki, son iki ayda ölkə paytaxtı Karakas və başqa şəhərlərdə çeşidli sosial problemlərlə bağlı etiraz aksiyaları keçirilir.

 

Bu müddət ərzində 30-dan çox etirazçı öldürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 575

Oxşar yazılar