Venesuela prezidenti Nikolasa Maduronun şəxsi mühafizəçisi öz avtomobilini idarə edərkən naməlum şəxslər tərəfindən güllələnib. Lent.az-ın modern.az-a istinadən verdiyi məlumata görə, bu barədə xarici mətbuatda xəbərlər yayılıb. Bildirilir ki, 29 yaşlı leytenant Maduronun təhlükəsizliyini təmin edən dəstənin üzvüdür. O öz avtomobilində hərəkət edərkən digər avtomobildən atəş açılıb.
Xəsarət alan mühafizəçi xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Məlumatda qeyd edilir ki, mühafizəçinin avtomobildə olan arvadı xəsarət almayıb.