Venesuela hava məkanını pozan təyyarəni vurdu
04 noyabr 2014 05:43 (UTC +04:00)

Venesuela hava məkanını pozan təyyarəni vurdu

Venesuelanın Apure ştatında ölkənin hava məkanını pozan təyyarə vurulub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes bəyan edib.

 

“King-200 tipli təyyarə Apure ştatında, Elorsa şəhərindən cənub-şərqdə Hərbi Hava Qüvvələrimiz tərəfindən vurulub”, deyə Lopes bildirib.

 

Ekipaj üzvlərinin taleyi və hadisənin təfərrüatları barədə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1234
avatar

Oxşar yazılar