Velosipedlə dünyanın 40 ölkəsini gəzən 59 yaşlı fransız səyyah Christian Jean Auguste Niaffe Türkiyədə qəza nəticəsində həyatını itirib. Lent.az-ın seyyah.az saytına istinadən məlumatına görə, son velosiped turunu Türkiyədə gerçəkləşdirmək istəyən səyyah Mərmərəyə gedərkən yolda ağır qəza keçirib. Magistralda hərəkətdə olan avtomobil arxadan Christian Jean Auguste Niaffenin velosipedinə çırpılıb. Xəstəxanaya çatdırılsa da, səyyahın həyatını qurtarmaq mümkün olmayıb.
217