Roma Papasının Dominikan Respublikasında sabiq diplomatik nümayəndəsi yetkinlik yaşına çatmamış uşaqlar üzərində seksual xarakterli hərəkətlər etmək ittihamı ilə həbs olunub.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, arxiyepiskop Yuzef Vesolovski ev dustağı edilib.
Vatikanın xüsusi komissiyası bundan əvvəl onu uşaqlar üzərində seksual təzyiq etməkdə təqsirli bilərək rütbəsindən məhrum edib.