Vatikanda növbəti uşaq pornoqrafiyası qalmaqalı
01 fevral 2015 00:48 (UTC +04:00)

Vatikanda növbəti uşaq pornoqrafiyası qalmaqalı

Vatikanda uşaq pornoqrafiyasının saxlanılması ilə bağlı iki hadisə qeydə alınıb.

 

Lent.az-ın ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, bu barədə şəhər-dövlətin baş prokuroru Can Pyero Milano açıqlama verib.

 

Prokuror qeyd edib ki, uşaq pornoqrafiyası saxlama ilə bağlı iki müxtəlif səpkili hadisə araşdırılır.

 

İtalyan KİV-nin məlumatına görə, hadisələrdən biri keçən il pedofiliya ittihamı ilə əlaqədar həbs edilmiş kardinal Yuzef Vesolovskoqo ilə bağlıdır .

 

Pornoqrafiyanın saxlanılmasının aşkar edilməsi haqqında məlumatlar bu günlərdə dərc edilmiş Vatikan prokurorluğunun fəaliyyəti haqqında illik hesabatda təqdim edilib.

 

İdarənin məlumatına görə, 2014-cü ildə üç dəfə Vatikana narkotikləri çatdırmaq cəhdi qeyd olunub. Qadağan edilmiş maddələr poçt ilə xarici ölkələrdən göndərilib. Bundan başqa, keşişlərdən biri kilsə xəzinəsindən vasitələrin oğurluğu üçün saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 276

Oxşar yazılar