İtaliyada 18 nəfər həbs edilib. Lent.az-ın Vesti.ru-a istinadən məlumatına görə, “Əl-Qaidə” terror təşkilatının üzvü olan terrorçular Vatikanda özlərini partlatmaq istəyirmiş. Terrorçular telefon danışıqları dinlənilərək de-şifrə olub.
Saxlanılanlardan bəziləri 2009-cu ilin oktyabrında Pakistanda baş vermiş partlayışda iştirak edib. Terrorçuların bazası Sardiniya adasında olub. Onlar ora saxta sənədlərlə qaçqın kimi gəliblərmiş.