Vatikan pedofiliyaya qarşı sərt mübarizə aparmaq niyyətindədir. Lent.az-ın “BBC” -yə istinadən məlumatına görə, katolik təriqətinin mərkəzi bildirib ki, yepiskop və ya başqa din xadimlərinin uşaqları şirnikləndirmə hallarını bilib, məlumat verməyən, yaxud pedofil keşişlərə himayədarlıq edən yepiskop, yaxud din xadimləri məsuliyyətə cəlb ediləcək.
Vatikan rəhbərliyinin qənaətinə əsasən, kilsənin bu sahə ilə bağlı qanunları köhnəlib və pedofillik problemini həll etmək üçün daha səmərəli, dəqiq qanunlar hazırlanmalıdır.
Mənbə xatırladıb ki, keşişlərin, yepiskopların uşaqbazlığına göz yummasına görə Vatikan dəfələrlə ittiham olunub
Bu ilin aprelində papa Frantsis uşaqlara vurulan ziyanla bağlı Allahdan günahların bağışlanmasını istəyib.
Yaxın zamanda Vatikanda pedofiliya məsələsinin BMT-də gündəliyə çıxarılacağı gözlənilir.