ABŞ-ın Vaşinqton ştatında ötən həftə baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb. Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, dünən baş verən təbii fəlakət nəticəsində daha 6 nəfər ölüb, 176 nəfər isə itkin düşüb.
Ağ Evdən verilən açıqlamada qeyd olunur ki, Avropada səfərdə olan Barak Obama bölgədə fövqəladə vəziyyət elan edib.