ABŞ Dövlət Departamenti işıqsız qaldı
15 dekabr 2014 22:42 (UTC +04:00)

ABŞ Dövlət Departamenti işıqsız qaldı

0

Vaşinqtonda elektrik yarımstansiyasında transformatorun partlaması nəticəsində Dövlət Departamenti daxil olmaqla, bir sıra dövlət binaları və şəhər metrosunun mərkəzi stansiyalarından biri elektrik enerjisiz qalıb.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident yerli vaxtla saat 09:05-də qeydə alınıb.

 

Dövlət departamentinin mətbuat xidməti idarənin fəaliyyətinin davam etdirdiyini bildirib. Bununla belə bu günə nəzərdə tutulan brifinq ləğv olunub. Bunun elektrik enerjisinin kəsilməsi  ilə  əlaqəli olub-olmaması bilinmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 323

Oxşar yazılar