ABŞ hakimiyyəti Şimali Koreyanı iki amerikalı turisti sərbəst buraxmağa çağırıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki bu haqda açıqlama verib.
“Vətəndaşlarımız Faul və cənab Millerin, eləcə də ailələrinin təhlükəsizliyi naminə Şimal Koreydan onların sərbəst buraxılaraq, evlərinə dönmələrini istəyirik”-deyə, o, vurğulayıb.
Mənbə xatırladıb ki, bir müddət öncə, Şimali Koreyada tutulan ABŞ vətəndaşlarının bu ölkədə olduqları zaman “Şimali Koreya dövlətinə qarşı düşmənçilik fəaliyyəti ittihamı ilə mühakimə ediləcəkləri” haqda xəbər yayılmışdı.