Vaşinqton Avropa ölkələri ilə Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edir
19 noyabr 2014 01:57 (UTC +04:00)

Vaşinqton Avropa ölkələri ilə Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edir

ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini müzakirə edir. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bunu ötən gün brifinqdə Vaşinqton administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.  

 

Onun sözlərinə görə,  qərb ölkələrinin liderləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi məsələsinin müzakirəsinə “G 20” sammitində başlanılıb: “Rusiyaya təzyiqin artırılması ilə bağlı növbəti addımlar və Ukraynaya əlavə yardımın ayrılması məsələsi müzakirə olunub. Bu addımların hər ikisinin atılması çox vacibdir”.

 

 Bundan əvvəl Almaniya XİN rəhbəri Frank Valter Ştaynmayer Aİ ölkələrinin  Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq etmək planlarının olmayacağını  bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485
avatar

Oxşar yazılar