Vahid Ələkbərov hökumətdən vergilərin azaldılmasını xahiş etdi
06 noyabr 2014 21:21 (UTC +04:00)

Vahid Ələkbərov hökumətdən vergilərin azaldılmasını xahiş etdi

“LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov Rusiyanın baş nazirinin müavini Arkadi Dvorkoviçə ünvanladığı məktubda hökumətdən sanksiyalar şəraitində ölkənin neft-qaz sahəsinə dəstək verilməsini xahiş edib. Lent.az-ın verdiyi xəbərə görə, bu barədə APA  “RİA Novosti”-yə istinadən məlumat yayıb.  Məlumata görə, məktubda “LUKoyl”  rəhbəri  vergi yükünün azaldılmasını və təbii monopoliyaların tariflərinin qaldırılmasına moratori qoyulmasını xahiş edib.  

 

Arkadi Dvorkoviçin mətbuat katibi Aliyə Samiqullina “RİA Novosti”-yə məktubun olmasını təsdiqləyib, lakin təkliflərin mahiyyətini şərh etməkdən imtina edib: “Məktuba aidiyyatı nazirliklərdə və qurumlarda baxılır”.    

 

Rusiyanın Energetika və İqtisadi İnkişaf Nazirliklərində də Vahid Ələkbərovun məktubuna baxıldığını bildiriblər.  “LUKoyl” neft şirkətində bu məlumata şərh verməkdən imtina ediblər.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 946
avatar

Oxşar yazılar