Çinin qərbində, Sincan –Uyğur muxtar Bölgəsinin mərkəzi Urumçu şəhərinin Cənubi qatar stansiyasında partlayış baş verib.
Lent.az-ın “Anadolu” Agentliyinə istinadən məlumatına görə, 50-dən çox insanın xəsarət aldığı ehtimal edilir.
“Yeni Pekin” qəzeti yerli polisə əsaslanaraq, bildirib ki, yaralılar Urumçunun mərkəzi xəstəxanasına yerləşdirilib.
Rəsmi “Sinxua” agentliyi ölən və yaralananlar barədə məlumat verməsə də, stansiyanın fəaliyyətinin bərpa edildiyi haqda xəbər yayıb.
Partlayışın baş vermə səbəbi məlum deyil. Təhlükəsizlik orqanları bu istiqamətdə araşdırmaya başlayıb.