UTX-nin Donetskdəki idarə rəisi işdən azad edilib
12 aprel 2014 21:42 (UTC +04:00)

UTX-nin Donetskdəki idarə rəisi işdən azad edilib

0

Ukrayna prezidenti vəzifəsini icra edən Aleksandr Turçinov Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Donetsk vilayəti üzrə idarəsinin rəisi Valeri İvanovun tutduğu vəzifədən azad olunması haqqında fərman imzalayıb.

 

 

Lent.az-ın “İnterfaks”a istinadənməlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidmətinin açıqlamasında bildirilib.  

 

Qeyd edək V.İvanovun vəzifədən kənarlaşdırılması Donetsk vilayətində vəziyyətin gərginləşməsi fonunda baş verib. Donetsk vilayətinin Slavyansk şəhərində polis idarəsi və UTİ-nin inzibati binaları hazırda rusiyayönlü etirazçılar tərəfindən ələ keçirilib, binaların üzərində isə Rusiyanın dövlət bayrağı sancılıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 782

Oxşar yazılar