ÜST Ebola virusundan ölənlərin sayını səhv deyib
02 dekabr 2014 07:19 (UTC +04:00)

ÜST Ebola virusundan ölənlərin sayını səhv deyib

0

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəyan edib ki, Qərbi Afrikada Ebola virusundan ölənlərin sayını açıqlayarkən səhvə yol verib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, yanlışlıq Liberiya ilə bağlı rəqəmlərdə olub.

 

Səhvin aradan qaldırılmasını qeyd edən təşkilat bu günədək 5 967 nəfərin ölümcül virusun qurbanı olduğunu bildirib. Bundan əvvəl ÜST Qvineya, Liberiya və Sierra Leone-də “Ebola” virusundan ölənlərin sayının 6 928 nəfərə çatdığı barədə məlumat yaymışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 996

Oxşar yazılar