Uşaqları zəhərləyənlər edam olunacaq
06 aprel 2014 06:10 (UTC +04:00)

Uşaqları zəhərləyənlər edam olunacaq

Çinin Hebey əyalətindəki uşaq bağçasının direktoru və onun cinayət ortağı barəsində ölüm hökmü çıxarılıb.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, onlar  5 və 6 yaşında olan iki bacını zəhərləməkdə ittiham olunub.

 

Bacılar qonşu bağçaya gedərkən yolda içində rəngli karandaş, bloknot, yoğurt butulkası olan çanta aşkarlayıblar. Sonradan müəyyən edilib ki, onlara siçovul zəhəri qarışdırılıb.

 

Bacıların hər ikisi əzab-əziyyətlə ölüb.

 

İttiham olunanlar suçlarını etiraf ediblər. Onlar bunu etmələrinə səbəb kimi işlədikləri bağçaya daha çox uşağın yazılmasını göstəriblər. Başqa sözlə uşaq bağçaları arasında gedən rəqabətin qurbanı olub.

 

Mənbə xatırladıb ki, son illər Çində  məktəbəqədər müəssisələr və məktəblər arasında şagird uğrunda mübarizə güclənib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 970
avatar

Oxşar yazılar