Üsamə bin Ladenin yeznəsinə ABŞ-da ömürlük həbs cəzası verildi
24 sentyabr 2014 04:30 (UTC +04:00)

Üsamə bin Ladenin yeznəsinə ABŞ-da ömürlük həbs cəzası verildi

ABŞ-da məhkəmə “Əl Qaidə” beynəlxalq terror təşkilatının rəhbərlərindən biri olmuş Üsamə bin Ladenin yeznəsi Süleyman əbu Qeyti ömürlük həbs cəzasına məhkum edib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyinə məhkəmədəki mənbə bildirib.

 

Süleyman əbu Qeyt 2001-ci ilin sentyabrın 11-də törədilmiş terror aktlarına haqq qazandırmaqda və terrorçuların yeni hücumlar törədəcəkləri barədə bəyanatlar verməkdə ittiham olunub.  

 

 Əbu Qeyt 2013-cü ilin fevralında Türkiyə və ABŞ xüsusi xidmət orqanlarının birgə əməliyyatı nəticəsində Ankarada otellərin birində saxlanılıb. Lakin sonradan Türkiyə tərəfi Əbu Qeytin ölkə ərazisində cinayət törətmədiyini əsas gətirərək, onu ABŞ-a təhvil verməkdən imtina edib və  azadlığa buraxıb.

 

Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları  Əbu Qeyti həmin ilin martında İordaniyada saxlayıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 877
avatar

Oxşar yazılar