Serbiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” məlumat yayıb.
Məlumata görə, helikopter xəstə uşağı xəstaxanaya aparırmış. Helikopterin göyərtəsində həmçinin 4 ekipaj üzvü və 2 həkim olub.
Qəzaya səbəbin əlverişsiz hava şəraiti olduğu bildirilir.