Lent.az-ın "İTAR-TASS"-a istinadən məlumatına görə, hadisə Bakı vaxtı ilə saat 05 radələrində baş verib.
Tələfat və dağıntı barədə məlumat verilmir. Partlayış baş verən əraziyə təcili yardım maşınları və polislər cəlb olunub.
Aprelin 30-da Urumçidə dəmiryolu vağzalında törədilən partlayış nəticəsində 3 nəfər ölmüş, 79 nəfər xəsarət almışdı.
Qeyd edək ki, Urumçi Sincan Uyğur muxtar rayonunda əsasən uyğur türkləri yaşayır.