Ümumdünya Səhiyyə Təşkilatı təcili toplantı keçirdi
08 avqust 2014 14:16 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatı təcili toplantı keçirdi

Ümumdünya Səhiyyə Təşkilatı Qərbi Afrikada “Ebola” virusunun yayılması ilə əlaqədar ekspertlərin təcili toplantısını keçirib. APA-nın BMT-nin Məlumat Mərkəzinə istinadən verdiyi xəbərə görə, toplantıda virusun bütün dünya üçün təhlükə törədib-törətmədiyi məsələsi müzakirə olunub.

 

Cenevrədə keçirilən 2 günlük iclasın yekununda qəbul olunan sənəddə “Ebola”nın qeydə alındığı bütün ölkələrdə fövqəladə vəziyyət rejimi tətbiq etməyə çağırış əksini tapıb.

 

Hazırda 4 Afrika ölkəsində müşahidə olunan virus 900-dən çox adamın həyatına son qoyub. Daha 1711 nəfərin bu xəstəliyə yoluxduğu qeydə alınıb. Alimlər virusun mənbəyinin qorilla və kiçik bonobo şimpanzeləri olduğunu bildirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738
avatar

Oxşar yazılar