Ukraynada saxlanılan Rusiyanın “Life News” telekanalının müxbirləri Oleq Sidyakin və Marat Sayçenko sərbəst buraxılıb.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda telekanalın “tvitter” səhifəsində yazılıb.
“Marat və Oleq səhərədək Qroznıda dincələcək. Sabah (mayın 25-də-red.) Moskvada yaxınları və həmkarları onlarla görüşə bilər” – deyə, Çeçenistanın başçısı Ramzan Kadırovun “instaqram”-ında bildirilib.