“Rusiya vətəndaşlarının Ukraynaya girişi qağan edilməyib” - <span style="color:red;">YENİLƏNİB
17 aprel 2014 20:31 (UTC +04:00)

“Rusiya vətəndaşlarının Ukraynaya girişi qağan edilməyib” - YENİLƏNİB

Ukraynanın sərhəd xidməti Rusiyadan kişilərin ölkəyə daxil olmasının yasaqlanması xəbərini təsdiqləməyib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bir müddət öncə Rusiyanın “Aeroflot” hava şirkəti bildirmişdi ki, rəsmi Kiyev 16-60 yaşlarında Rusiya vətəndaşı olan kişilərin Ukraynaya daxil olmasını qadağan edib.

 

Ukraynanın Sərhəd Xidməti rəisinin müavini Sergey Astaxov məsələ ilə bağlı müsahibəsində deyib ki, ölkədə keçirilən antiterror əməliyyatla bağlı əcnəbilərə, o cümlədən Rusiya vətəndaşlarına ölkəyə giriş məsləhət görülmür.

 

Onun sözlərinə görə, ola bilsin “Aeroflot” bu xəbərdarlığı bir qədər fərqli şərh edib, yaxud özünü sığortalayıb.   

***

19.10

Ukrayna tərəfi Rusiya vətəndaşı olan 16-60 yaşlı kişiləri ölkə ərazisinə buraxmayacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın "Aeroflot" şirkəti məlumat yayıb.

 

 

Məlumatda qeyd olunub ki, Ukrayna tərəfi aviaşirkətə Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişinin məhdudlaşdırılacağı barədə xəbərdarlıq edib. Konkret olaraq kişi cinsindən olan 16 yaşdan 60 yaşadək Rusiya vətəndaşları Ukrayna ərazisinə buraxılmayacaqlar.

 

Bundan başqa eyni yaş kateqoriyasına aid Krım və Sevastopol qeydiyyatında olan kişilərin də Ukrayna ərazisinə girişi yasaqlanıb.

 

Hər iki halda vətəndaşların Ukrayna ərazisinə buraxılışı sərhəd qoşunları rəisinin qərarı ilə mümkün ola bilər.

 

Ukrayna vətəndaşı olan, Krım və ya Sevastopolda qeydiyyatda olan 20 yaşdan 35 yaşadək olan qadınların Ukrayna ərazisinə buraxılışı isə yalnız axtarış-yoxlama tədbirlərindən sonra mümkün olacaq.

# 606
avatar

Oxşar yazılar