Ukraynaya əlavə 2 mlrd dollar ayrılır
13 fevral 2015 05:27 (UTC +04:00)

Ukraynaya əlavə 2 mlrd dollar ayrılır

Dünya Bankı (DB) Ukraynaya 2 mlrd dollar məbləğində əlavə maliyyə yardımı göstərəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün DB-nin prezidenti Yön Kim bildirib.   

 

Qeyd olunan məbləğin beynəlxalq yardım paketi çərçivəsində ayrılacağı ehtimal olunub. Vəsait islahatların aparılmasına və korrupsiya ilə mübarizəyə yönəldiləcək.

 

“Ukrayna tez bir zamanda hərtərəfli islahatlar həyata keçirməlidir. Bu çox vacibdir”, deyə Kim vurğulayıb.    

 

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Kiyev ötən gün ölkənin kreditləşdirilməsi proqramının genişləndirilməsinə və Ukraynaya 4 il müddətinə 17,5 mlrd dollar vəsaitin ayrılmasına dair saziş imzalayıb. Avropa  Yenidənqurma və İnkişaf Bankı, DB, Aİ və digər kreditorların vəsaitləri nəzərə alınmaqla qeyd olunan proqram üzrə Ukraynaya göstərilən yardımın həcmi 40 mlrd dollar təşkil edə bilər. Bunun hələlik ilkin razılaşma olduğu bildirilir, proqram BVF İdarə Heyəti tərəfindən təsdiqlənməlidir.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189
avatar

Oxşar yazılar