Avropa Birliyi yaxın günlərdə Ukraynaya maliyyə yardımı və bu ölkədə istehsal olunan məhsullara idxal rüsumlarını ləğv edəcək.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, Avropa Birliyinə üzv 28 dövlətin xarici işlər nazirlərinin toplantısında Ukraynaya bir milyard avro maliyyə yardımı edilməsinə dair qərar qəbul olunub.
Bununla yanaşı ABŞ-da bu ölkəyə bir milyard dollar həcmində yardım edilməsinə dair rəsmi Kiyevlə müqavilə imzalayıb.