Ukraynanın Slavyansk şəhərinin səmasında ölkənin Hərbi Hava Qüvvələrinə məxsus təyyarəyə atəş açılıb.
Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda Ukraynanın Müdafiə Nazirliyi xəbər yayıb.
“Slavyansk üzərindən uçan Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus “An-30” təyyarəsi naməlum şəxslər tərəfindən atəş tutulub”-deyən, mənbə onu da bildirib ki, təyyarə həmin bölgədə müşahidə uçuşu edirmiş.
Məlumata əsasən, bir neçə güllə təyyarəyə dəysə də, xəsarət alan olmayıb.